7 Mart 2021 18:43
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com