Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, martın 7-də Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini B.Məmmədlini bıçaqla hədələyərək 50 manat dəyərində mobil telefonunu alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.