16 Mart 2021 13:25
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Qədimkənd kənd sakini R.Əhədov vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Neftçala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü Qədimkənd kənd sakini N.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov