29 Mart 2021 10:07
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayon polis şöbəsinə rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 31 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkar edilib.

Polis əməkdaşları həmin yerə gələrək mərasim iştirakçılarının qanunla müəyyən edilmiş qaydada rayon polis şöbəsinə gətirib.

Mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.

Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib.

Polis əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər