29 Oktyabr 2014 10:30
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiya namizədləri arasında gənclərə üstünlük verir

Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı seçki kampaniyası artıq rəsmi start götürüb. Bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, YAP-ın səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib. Növbəti seçki addımı bələdiyyələrə namizədlərin irəli sürülməsidir.

Yeni Azərbaycan Partiyası ölkədə bütün bələdiyyələrə öz namizədlərini irəli sürmək niyyətindədir. Bu isə 15035 namizəd deməkdir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2009-cu ilin bələdiyyə seçkiləri zamanı irəli sürdüyü namizədlər arasında gənclərin və qadınların sayının artırılması çağırışını növbəti bələdiyyə seçkilərində də davam etdirmək qərarına gəlib. O zaman Yeni Azərbaycan Partiyasının uğurlu seçki kampaniyasını aparan gənc və qadın namizədləri bələdiyyələrə seçilərək 2009-cu ildə formalaşan bələdiyyələrin tərkibində gənclərin və qadınların təmsilçiliyinin əhəmiyyətli dərəcədə artmasına müsbət təsir göstərə bilmişdi. Ona görə də belə qərara alınıb ki, 2014-cü ildə bələdiyyələrə irəli sürülən namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha çox olsun. Yeni Azərbaycan Partiyası bələdiyyələri və bələdiyyə seçkilərini gənclərin və qadınların ictimai-siyasi fəallığını yüksəltməyin mühüm şərti hesab edir: “Yeni Azərbaycan Partiyası əminliklə ifadə edir ki, partiyanın bütün namizədləri, o cümlədən gənc və qadın namizədləri uğurlu seçki kampaniyası apara biləcək və bu dəfə də ölkə bələdiyyələrində sözügedən demoqrafik qrupların daha geniş şəkildə təmsil olunmasına layiqli töhfə verəcək”.

SƏXAVƏT


Müəllif:

Oxşar xəbərlər