11 Aprel 2021 21:55
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Məmmədova Ərkinaz Əlif qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com