15 Aprel 2021 10:50
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şirinbəy və Dədə Qorqud kəndlərindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.

Teleqraf.com xəbər verir ki, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 6 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər