18 Aprel 2021 16:00
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik alverində ittiham olunan rayon sakini R.Məmmədov həbs olunub.

Onun evinə baxış zamanı oradan 4 kiloqram 19,781 qram marixuana aşkar edilib.

Bundan başqa, Tovuz rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 460 qram marixuana aşkar edilib.

Saatlı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qara Nuru kənd sakini, əvvəllər məhkum olunmuş T.Salayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 26 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov