22 Aprel 2021 11:32
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon sakini olan bir nəfər rayon polis şöbəsinə müraciət edərək Quzanlı qəsəbəsində yerləşən ona məxsus mağazadan 20 min manat dəyərində oğurluq edilməsi barədə məlumat verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Müraciətlə əlaqədar olaraq Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalarla onların Ağcabədi rayon sakini Rəsul İsmayılzadə və Ağdam rayon sakini Elgün Məmmədov olduğu müəyyən edilib.

Həmin şəxslər mağazadan 91 ədəd mobil telefon, 8 ədəd noutbuk və 6 ədəd planşet oğulayaraq zərərçəkmiş şəxsə 20 min manat civarında ziyan vurublar.

Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər