Yardımlı rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Yardımlı rayon polis şöbəsinə Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.