17 May 2021 08:05
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Herrero ştatında atışma olub.

Teleqraf.com xəbər verir ki, Akapulko şəhərində baş verən atışma zamanı iki nəfər həlak olub, onlardan biri hamilə qadındır. İnsident zamanı həmçinin daha üç nəfər yaralanıb.

Məlumata görə, atışma xoruz döyüşlərinin keçirildiyi evdə baş verib. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Prokurorluğun nümayəndəsinin sözlərinə görə, yerli sakinlər istintaq orqanı ilə əməkdaşlıq etmək istəmirlər.

Qeyd edək ki, Meksikanın bu şəhəri təhlükəli yaşayış məntəqəsi olması ilə xüsusən seçilir. Akapulko ötən il dünyanın 50 ən təhlükəli şəhəri siyahısında 18-ci yer tutub.


Müəllif: Teleqraf.com