18 May 2021 13:44
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 17-də Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini F.Məsimov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Elsevər Allahverdiyevi vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov