26 May 2021 17:05
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin ilk Ay tutulması hadisəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, tam tutulma Bakı vaxtı ilə saat 13:44:57-də başlamışdı.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

Qeyd edək ki, ilin ikinci və son Ay tutulması noyabrın 19-da qeydə alınacaq.

***

09:50

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Teleqraf.com-un xəbərinə görə, tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər