5 İyun 2021 22:58
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki minik maşınının toqquşması nəticəsində bir ailənin üç üzvü - Şirvan şəhər sakinləri; 1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə N.Abdullayevin oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /Report/


Müəllif: Teleqraf.com