Xəzər rayon İcra Hakimiyyətinin həyətində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Əlahiddə Çevik Polis Alayı və Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də İcra Hakimiyyətinin həyətindəki işıq dirəklərindən 1000 manat dəyərində 20 ədəd plafon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə, əvvəllər məhkum olunmuş F.Qasımov saxlanılıb.