Bakının Xəzər rayonunda yaşayış evinə basqın olub.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girmiş şəxsin ona, arvadına və oğluna bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.