Qubadlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Tədbir zamanı rayonun Bəxtiyarlı kəndi ərazisində çəkisi 2 ton 200 kiloqram olan 4007 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin olunub.