17 İyun 2021 23:57
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda axşam saatlarında Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində otlaq ərazidə yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən texnikası hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, yanğın əraziyə atılmış siqaret kötüyündən əmələ gəlib.

Yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Ətrafda olan heç bir ağac yanğın zamanı zərər görməyib.


Müəllif: Teleqraf.com