Xilasedicilər Mayami şəhəri (Florida ştatı) ətrafında Serfsaydda çökən evin dağıntılarından daha dörd cəsədi çıxarıblar. Bununla da ölənlərin sayı 36-dək yüksəlib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinqi zamanı deyib.
Dairə rəhbəri qeyd edib: "Yağış və digər sərt hava şəraitinə baxmayaraq dağıntılar altından daha dörd ölənin cəsədini çıxardıq. Həlak olanların ümumi təsdiqlənmiş sayı hazırda 36 nəfər təşkil edir".