20 İyul 2021 12:45
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qoşabulaq kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Firuz Məmmədov 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər