Müsavat Partiyasının qurultayından sonra narazı qalan kəsim bir araya toplaşmaq üçün müxtəlif üsullardan istifadə edir.
Başqanlığa namizədliyini Qubad İbadoğlunun lehinə geri çəkən Səxavət Əlisoy bu həftənin əvvəllərində Hikmət Hacızadəni, Vurğun Əyyubu və Fəxrəddin Abbası xəngəl qonaqlığına dəvət edib.
Tərəflər qərara alıb ki, havanın soyuq olması səbəbindən bir araya gəlsinlər. Həm mədələrini doyursun, həm də partiya daxilində baş verən proseslərlə bağlı fikir mübadiləsi aparsınlar. Ancaq həftənin ortalarında havanın qəfil istiləşməsi Səxavət Əlisoyun xəngəl qonaqlığı təklifinin həyata keçməsinin qarşısını alıb. Nəticədə narazılar bir araya toplaşa bilməyiblər.
Bu səbəbdən də narazılar partiyadaxili prosesləri müzakirə etməyiblər. Məhz buna görə də, bir neçə gündür ki, adı çəkilən şəxslər partiya ilə bağlı açıqlama vermirlər.