Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Mərdəkan", "Lökbatan" və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.