Beyləqan rayonunda ümumi sahəsi 2000 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin ərazisində 50 m² sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yüksək temperaturdan tikilinin 1 otağının lambirindən ibarət tavanı 10 m² sahədə əriyib, qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Masallı rayonunun Bambaşı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli (hər mərtəbəsi 120 m²) evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.