Samux rayonunun Əhmədbəyli kəndi yaxınlığında meyvə bağının ərazisində 2500 m² sahədə quru ot və müxtəlif növ meyvə ağacları, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, meyvə bağının və əkin sahəsinin qalan hissəsi, həmçinin ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.