21 Sentyabr 14:33
460

Bakıda restoranda yanğın olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 240 m² olan restoranın mətbəxinin bacasında yağ qalıqları 1 m² sahədə yanıb. Restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;


Müəllif: Teleqraf.com