4 Oktyabr 2021 11:35
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda 1963-cü il təvəllüdlü Aydın ailə münaqişəsi zəminində həyat yoldaşı Zəhranı (adlar şərti verilib – red.) döyüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu ilin iyulun 18-də baş verib. Aydın həmin gün saat 17.00-da yaşadığı evdə arvadı ilə mübahisə edib.

Hadisə vaxtı Aydın spirtli içki qəbul edib. Buna isə Zəhra etiraz edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Aydın bıçaqla Zəhraya xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə Aydının barəsində olan cinayət təqibinə xitam verilib.

Buna səbəb onun arvadı ilə barışması olub.

Aydın cinayət məsuliyyətindən azad olunub.


Müəllif: Hacı Zeynalov