20 Oktyabr 2021 10:15
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Rayonun Qazma kənd sakini Anar Bodurovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.

Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.

Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarıblar.

A.Bodurov barəsində polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov