General-mayor Hikmət Həsənovun Zəfər günü Şuşada generallarla görüşdə iştirak etməməsinə aydınlıq gətirilib.
Mediada gedən məlumatlara görə, Birinci Ordu korpusu komandirliyindən çıxarılan general Hərbi Akademiyada xidmətini davam etdirir.
O da bildirilir ki, Hikmət Həsənov ötən il noyabrın 20-də təhvil verilən Ağdama daxil olarkən kalonun başında zirehli maşınla hərəkət edib. Bu zaman maşın minaya düşüb və general ağır xəsarət alaraq belində 3 yerdə sınıq əmələ gəlib. Hazırda da hospitalda müalicəsini davam etdirir.
H.Həsənovla birlikdə həmin maşında digər yüksək rütbəli zabitlərin də olduğu qeyd edilir.
Məlumata görə, noyabrın 20 də Ağdama girərkən General-leytenant Kərim Vəliyev, General-mayor Hikmət Həsənov və General-mayor Etibar Hüseynovun içində olduqları Santcat maşını tank əlehinə minaya düşdü.
Güclü partlayış nəticəsində hər 3 general xəsarətlər alıblar. General-leytenant Kərim Vəliyev kəllə-beyin travması alıb.General-mayor Hikmət Həsənov öndə oturduğuna görə ,maşının qabağı minaya düşdüyünə görə biraz ciddi xəsarətlər almışdı.
Buna baxmayaraq hər iki General aldıqları xəsarətlərə baxmayaraq, ilkin tibbi yardımdan və ağrı kəsici vurulandan sonra Niva markalı maşına oturub kolonun qabağında Ağdama giriblər.
Sonradan müayinə zamanı bəlli olub ki, H.Həsənovun bel sümüyündə qırıqlar var.