29 Noyabr 2021 11:20
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ikimərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

* * *

09:10

Abşeron rayonunda ikimərtəbəli yaşayış evində yanğın olub.

Teleqraf.com-un xəbərinə görə, hadisə Masazır qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Belə ki, ikimərtəbəli yaşayış evində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.


Müəllif: Teleqraf.com