3 Dekabr 2021 16:32
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonu ərazisində 3 ədəd "F-1" əl qumbaraları aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Quba rayon polis şöbəsinə Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov