Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Göygöl rayon polis şöbəsinin əməkdaşları komendant postunda xidmət aparan zamanı, müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıb.
Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allaxquliyevin eyni zamanda COVİD-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etmsi də müəyyən edilib.
Polis əməkdaşları müəyyən edilmiş tibbi prosedurlar gözləməklə onu yaşadığı ünvana geri qaytarıb.
Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində də koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Fərid Sərdarlının ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.