Ağstafa rayonunda çörəkbişirmə sexində yanğın hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Qurğun qəsəbə sakini Zinayə Əzizovaya məxsus çörək sexində qeydə alınıb.
Hadisə nəticəsində 500 kvadrat metr ərazi tamamilə yanıb, sahibkara təxminən 200 min manatdan artıq ziyan dəyib. Alov həmçinin yaxınlıqda olan inkibator sexinə və "Prado" markalı avtomobilə də sıçrayıb. Nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə zamanı ev sahiblərindən biri Əzizov İlqar Kommunar oğlu tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.