30 Dekabr 2021 10:22
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Sənan İmarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün Hafiz Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin oktyabrın 7-də, saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov