18 Noyabr 2014 20:21
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında 2014-cü il mayın 13-də Ər-Riyad şəhərində imzalanmış Memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısı, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 25-də Bakı şəhərində imzalanmış Memorandumu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 11-də Bakı şəhərində imzalanmış Memorandumu, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair 2014-cü il oktyabrın 15-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

Bunda başqa, İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında 2014-cü il iyunun 24-də La Paz şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Prezidentin digər fərmanları ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2014-cü il iyulun 8-də Bakı şəhərində imzalanmış Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında 2014-cü il sentyabrın 15-də Bakı şəhərində imzalanmış Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında 2014-cü il oktyabrın 16-da Düşənbə şəhərində imzalanmış Saziş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Monteneqronun Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 18-də Bakı şəhərində imzalanmış Saziş və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə 2014-cü il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Dövlət başçısı 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nı Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edib.


Müəllif:

Oxşar xəbərlər