16 Yanvar 2022 12:43
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bərdə rayon polis şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Muğan Məkan” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilmiş qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Elnur Sadıxov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov