Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.
Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş.