Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.