24 Yanvar 2022 09:05
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər həyatını itirib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytında istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com