7 Fevral 2022 14:25
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Valeh Zamanov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində V. Zamanovun rayon ərazisində gizlətdiyi, 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 59 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı odlu sursat saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxil olan əməliyyat məlumatı əsasında şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin satışında şübhəli bilinən Oqtay Ağayev tutulub.

Şəxsi axtarış zamanı ondan avtomat silahına məxsus 21 ədəd patron və kibrit qutularında qurudulmuş marixuana aşkarlanıb.

Keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər sakini Mahir Mehdiyev saxlanılıb.

Onun istifadəsində olan “VAZ-21099” markalı avtomobilə baxış keçirilərkən sellofan torbada yük hissəsində gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixauna aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov