26 Fevral 2022 19:09
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, özünü paytaxtda fəaliyyət göstərən travel şirkətlərindən birininin nümayəndəsi kimi təqdim edən Təhminə Əlizadə Elşən Bədəlova ailəsi ilə birlikdə Türkiyəyə istirahət üçün tur paketi satacağı barədə yalan vəd verib, ondan 1 433 manat pul alıb.

Təhminə Əlizadə eyni epizodlar üzrə paytaxt sakini Elnarə Kərimovadan 3 026 manat, Yeganə Nəsirovadan 1 935 manat və Anar Rəhimovdan isə 3 163 manat alıb.

Daha sonra həmin şəxslər polisə müraciət ediblər.

Araşdırma zamanı Təhminə Əlizadənin 18 vətəndaşa qarşı 32 462 manatlıq dələduzluq etdiyi məlum olub.

Təhminə Əlizadə Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və zərəçəkmişlərə dəymiş ziyan ödətdirilib.


Müəllif: Hacı Zeynalov