22 Noyabr 2014 16:39
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası daxilində narazılarla razılar arasında çəkişmə davam edir.

Çəkişmənin bir tərəfi olan Qubad İbadoğluna qarşı razılar ciddi ittihamlar irəli sürürlər. İttihamların ana xəttini Qubad İbadoğlunun hökumət strukturları ilə əlaqələrinə dairdir.

Razılar iddia edirlər ki, Müsavat Partiyasını dəyişmək, ideoloji məfkurə mübarizəsi aparmaq niyyətində olduğunu iddia edən İbadoğlu vətəndaş cəmiyyəti sektorunda bütün qurumlarda və şuralarda təmsil olunur. Qubad İbadoğlu isə tərəfdarlarına tapşırıb ki, bu iddialara cavab verməsinlər, ümumiyyətlə şəxsinə qarşı irəli sürülən iddialara vaxt ayırmasınlar.

Əldə etdiyimiz məlumata görə, yaxın iki gün ərzində narazılar bir yerə toplaşacaq və müəyyən qərarlar verəcəklər.


Müəllif:

Oxşar xəbərlər