Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Füzuli rayon polis şöbəsi əməkdaşlarının rayonun Əhmədalılar kəndində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş Yusif Məmmədov saxlanılıb.
Onun üzərinə və ona məxsus çantaya baxış keçirilən zaman 2 kiloqram 700 qrama yaxın marixuana, 2 kiloqram 300 qramdan artıq metamfetamin və 2 kiloqrama yaxın heroin aşkar edilib.
Faktla bağlı Füzuli rayon polis şöbəsində cinayət işi başlanılıb.
Y.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.