7 Aprel 2022 15:05
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.

Teleqraf.com xəbər verir ki, bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.

Tural Kərimov ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib.

Saxlanılan şəxs barəsində 25-ci polis şöbəsində toplanan materiallar Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam edirilir.


Müəllif: Hacı Zeynalov