10 Aprel 2022 10:55
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda meşədə asılmış meyit aşkar edilib.

Teleqraf.com xəbər verir ki, rayonun Maşğan kənd sakini, 1965-ci il təvəllüdlü Natiq Qasımovun meyiti yaxınlıqdakı meşə massivində tapılıb.

Hadisədən kənd sakinlərindən biri xəbər tutaraq, onun ailəsinə məlumat verib.

Natiq Qasımovun ruhi-əsəb xəstəliyi olub. O, bir müddət əvvəl müalicə olunsa da, müalicəsini yarımçıq saxlayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com