5 May 2022 09:41
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Araşdırmalarla onun rayon sakini Azər Əliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə qanunsuz olaraq daxil olduğunu, oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən A.Əliyev tərəfindən oğurlanan əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Kürdəmir rayon polis şöbəsində cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov