16 May 2022 00:54
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Teleqraf.com xəbər verir ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Təbii hadisə saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Buna görə təbii hadisə Azərbaycanda müşahidə edilməyəcək.


Müəllif: Teleqraf.com