19 May 2022 14:30
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov xəstəxanaya yerləşdiriləmn jurnalist Qadir İbrahimli ilə bağlı dövlət qurumlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, Ə.Amaşov bu barədə "facebook" hesabında paylaşım edib:

"Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımz Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir. Respublika Xəstəxanasının rəhbərliyi ilə bir neçə də əlaqə saxlamışıq. Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz.

Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümüd edək ki, səhhəti düzələcək".

***

TƏBİB jurnalist Qadir İbrahimlinin durumu ilə bağlı açıqlama yayıb.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, jurnalist kəskin qaraciyər serrozu diaqnozu ilə dünən M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib: "Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır".

***

11:58

Tanınmış jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış jurnalist, qazi Rey Kərimoğlu məlumat yayıb.


Müəllif: Teleqraf.com