Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanında kombi aparatı, lambirindən ibarət tavan və taxta üzlük 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.