25 May 2022 11:20
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunun Zəngənə kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, kənd sakini Emin Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı beton işıq dirəyinə vurub.

Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov