4 İyul 2022 11:19
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunun Xalxal kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər sakini E.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Əlavər Lətifovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.

Faktla bağlı Oğuz rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov